AZ

Buffonun oğlu peşəkar karyerasında debüt etdi

Bu gün İtaliya B Seriyasının 29-cu turunun oyunları keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, "Spesiya" öz meydanında "Piza"nı qəbul edib. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində İtaliya millisinin sabiq qapıçısı Canluici Buffonun oğlu Lui Buffon matça çıxıb. 17 yaşlı yarımmüdafiəçi görüşün 84-cü dəqiqəsində Marius Marini əvəzləyərək meydana daxil olub. 

Bu, Lui Buffonun peşəkar karyerasında debüt matçı olub. O, bu mövsüm "Pisa"nın U-19 komandasının heyətində 20 matça çıxaraq 6 qol vurub. 

Xatırladaq ki, Lui Buffon Çexiya millisinin üzvüdür. Onun ikili vətəndaşlığı var - Çexiya və İtaliya. /qol.az

Seçilən
20
1
bakivaxti.az

2Mənbələr