AZ

Tovuzda ağır qəza - ölən var

Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna çırpılıb.

Qəza nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü 2003 təvəllüdlü Tovuz Aşağı Quşçu kənd sakini İ. Rüstəmov dünyasını dəyişib.

Faktla bağlı Tovuz RPŞ-də araşdırma aparılır. /APA

Milli.Az

Seçilən
46
4
milli.az

10Mənbələr