Ardınca səhər saatlarında Lerik rayonunda 4 bal gücündə zəlzələ baş verib. Rəsmi açıqlamada bildirilir ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.
Sosial şəbəkələrdə cənub bölgəsinin sakinləri zəlzələnin hiss edildiyi barədə paylaşımlar ediblər.
Demokrat.az xəbər verir ki, baş verən zəlzələlərlə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, yeraltı təkanlar laylardakı parçalanmalar nəticəsində baş verir.
"Elə gün olur ki, respublika ərazisində bu cür 20,30,40 təkan olur. Bunların içərisində də bir-ikisi hiss olunmalıdır da. Mən deməzdim ki, burada qeyri-adi nəsə var. Məsələn Babadağda yaşayış məntəqəsi yoxdur, təkan olub, maqnitudası 3,7 olub, heç yerdə hiss olunmayıb, amma biz bunu verməliyik. Çünki yer elmləri üzrə qurumların hamısı ilə işbirliyi aparırıq. Belə qəbul olunub. Bu məlumatlar çatmalıdır".
Q.Yetirmişli ötən il 6000-ə yaxın yeraltı təkanın qeydə alındığını vurğulayıb:
"Ondan 15-i hiss olunub. Biz 2024-cü ili ən zəif il kimi götürmüşdük. Dağıdıcı zəlzələ olmamışdı. 3 dənə maqnitudası 5-dən yuxarı olan zəlzələ olmuşdu və bunlar da ciddi fəsadlar törətməmişdi. 5-dən yuxarı maqnitudalı zəlzələlər Lənkəran, Lerik, Sabirabadda olmuşdu. Allah uzaq eləsin, katastrofik dağıdıcı zəlzələlərdən. Gedən prosesləri izləyirik, güclü dağıdıcı zəlzələ ehtimalına əsas vermir. Bu cür təkanlar olub, olacaq".
Bəs bundan sonra dağıdıcı zəlzələ gözlənilirmi?
Q.Yetirmişli suala cavabında deyib:
10Mənbələr
-
news24.azAzərbaycanda güclü zəlzələ gözlənilir? - Yetirmişli açıqladı ( 15939767)
-
turkustan.azAzərbaycanda güclü zəlzələ gözlənilir? - SON DƏQİQƏ AÇIQLAMASI ( 15939715)
-
axar.azAzərbaycanda güclü zəlzələ gözlənilir? - Yetirmişli açıqladı ( 15939399)
-
demokrat.azAzərbaycanda güclü zəlzələ gözlənilir? ( 15939263)
-
moderator.azAzərbaycanda güclü zəlzələ gözlənilir? – ÖNƏMLİ AÇIQLAMA ( 15939203)
-
editor.azAzərbaycanda güclü zəlzələ gözlənilir? – ÖNƏMLİ AÇIQLAMA ( 15939195)
-
bizim.mediaAzərbaycanda güclü zəlzələ gözlənilir? ( 15939121)
-
konkret.azAzərbaycanda güclü zəlzələ gözlənilir? – SON DƏQİQƏ AÇIQLAMASI ( 15939019)
-
sfera.azAzərbaycanda güclü zəlzələ gözlənilir? ( 15939001)
-
pravda.azGüclü zəlzələ gözlənilir? ( 15938715)