AZ

Son saniyənin Ruanı... VİDEO

"Zirə" Premyer Liqanın 26-cı turunda "Səbail"i məğlub edib.

Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qonaqların heyətində Suleyman Alluş 73-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

90+6-cı dəqiqədə Ruan Renato qalibiyyət qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Səbail" 18 xalla sonuncu - 10-cu sıradadır.

“Zirə” – “Səbail” 1:0
Qol:
Ruan Renato, 90+5
Zirə İdman Kompleksinin stadionu, 700 tamaşaçı Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Rəhman İmami
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Pərvin Talıbov Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqə: Hüseynəl Quliyev, 90+1 (oyunun bərpasının ləngidilməsi)
Qırmızı vərəqə: Suleyman Alluş, 74 (təcavüzkar davranış)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

“Zirə”: 13. Aydın Bayramov 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli (18. Martins Junior, 77) 11. Rüstəm Əhmədzadə (90. Davit Volkov, 66) 4. Ruan Renato 10. Giorgi Papunaşvili 70. İssa Cibrila (7. Məqsəd İsayev, 66) 23. Rafael Utziq 3. Ange Mutsinzi (14. Elçin Əlicanov, 77) 17. Ayron Qomis 19. Salifu Suma

Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 21. Hacıağa Hacılı 29. Ceyhun Nuriyev 5. Stefan Aka 15. Pyer Zebli 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

“Səbail”: 1. Hüseynəli Quliyev 96. İlkin Muradov (83. Nihad Quliyev, 90+2) 74. Yusif Nəbiyev (k) 20. Mert Çelik 11. Rüfət Abdullazadə (18. Süleyman Əhmədov, 81) 3. Dmitro Litvin 99. İnnosent Nşuti (10. David Qomis, 68) 4. Marko Nikoliç 7. Madi Queta (22. Mirabdulla Abbasov, 81) 5. Gitay Sofir 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 25. Nicat Məmmədzadə 77. Fərid Nəbiyev 19. Samir Abdullayev 16. Emin Rüstəmov 97. Oruc Məmmədov 88. Hacıəli Şirəliyev 44. Amir Bilali
Baş məşqçi: Cavid Hüseynov

Seçilən
16
sportinfo.az

1Mənbələr