AZ

Suriyada Əsəd tərəfdarlarının üsyanı davam edir: Ermənilər də işin içində - VİDEO

Xəbər verdiyimiz kimi, Suriyada siyasi və hərbi vəziyyət yenidən gərginləşib. Ölkənin sahil vilayətləri olan Tartus və Laziqiyədə silahlı toqquşmalar qeydə alınıb. Keçmiş prezident Bəşər Əsədin tərəfdarları yeni hökumətə qarşı çıxaraq silahlı müqavimət göstərirlər.

Bizim.Media xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı yazıb.

Mənbə qeyd edir ki, üsyançılar arasında polkovnik Suxayl əl-Həsənin tərəfdarları da var. Onlar Laziqiyə ətrafında pusqular quraraq yeni hökumətə tabe olan təhlükəsizlik qüvvələrinə hücum ediblər. Son məlumata görə, toqquşmalarda ölənlərin sayı 15-ə çatıb.

Bölgədə baş verən silahlı qarşıdurma fonunda, ermənilərin yaşadığı Kəsəb qəsəbəsində hələlik sakitlik hökm sürür. Bu barədə yerli erməni mətbu orqanı “Zartonk”un baş redaktoru Sevak Akopyan “Sputnik Ermənistan”a bildirib.

Lakin Laziqiyə şəhərinə girişdə atışmalar zamanı iki erməni - ata və oğul, Antuan və Fati Putros həlak olub. Hadisə bölgədəki erməni icması arasında ciddi narahatlıq yaradıb.

Mütəxəssislər bildirir ki, Suriyada Əsəd tərəfdarlarının yeni hökumətə qarşı üsyanı daha genişmiqyaslı silahlı qarşıdurmaya çevrilə bilər. Xüsusilə alevilər və hökumət qüvvələri arasında baş verən toqquşmaların dərinləşməsi ehtimal olunur

Mövzuya dair videoları təqdim edirik:


Bizim.Media

Seçilən
28
bizim.media

1Mənbələr