AZ

Burnundan zədə aldı, oyuna maska ilə çıxdı - "Zirə"nin Ruanı

Misli Premyer Liqasının 26-cı turu çərçivəsində "Zirə" doğma meydanda "Səbail"i son dəqiqələrdə Ruan Renatonun vurduğu qolla 1:0 hesabı ilə məğlub edib. Braziliyalı futbolçu bu görüşə alışmadığımız şəkildə maska ilə çıxıb.

Sportal.az-ın əldə etdiyi məlumata görə, Ruanın maska ilə çıxmasına səbəb keçən tur çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında burnundan zədə almasıdır. 30 yaşlı müdafiəçi özünü qorumaq məqsədilə bu addımı atıb.

Qeyd edək ki, "Zirə" bu qələbə ilə 51 xalla 2-ci pillədəki yerini möhkəmləndirib.

saytlarin hazirlanmasi

Seçilən
41
sportal.az

1Mənbələr