AZ

“Körpədən konfet alan kimi ölkədən pul sovurub” - Trampdan Zelenski açıqlaması

"ABŞ-nin keçmiş prezidenti Co Baydenin dövründə Ukrayna prezidenti Volodimir Zelenski “körpədən konfet alan kimi ölkədən pul sovurub”.

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

“Biz isə ona, məncə, 350 milyard dollar verdik. Avropa 100 milyard dollar göndərdi", - Tramp bildirib.

O, həmçinin bir daha vurğulayıb ki, əgər o vaxt ABŞ prezidenti olsaydı, Ukraynada müharibə heç vaxt başlamazdı.

Seçilən
4
unikal.az

1Mənbələr