Tovuzda rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Referans.az xəbər verir ki, hadisə Tovuz rayonunun Qovlar şəhərində qeydə alınıb.
Belə ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. ("Report")
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta