AZ

Talışlarla bağlı “12-dən sonra…” mifinin faciəvi tarixçəsi: Rusiya detalı – VİDEO

  Talışlar haqqında deyilən “12-dən sonra işləmir” mifinə aydınlıq gətirilib.

Referans.az xəbər verir ki, bu barədə tarixçi Ağakərim Abdulov Baku TV-nin “Kəndinə qayıt” verilişində danışıb.

O qeyd edib ki, sözügedən mifi yaradan ruslardır:

“1813-cü ildə ruslar Lənkarana ələ keçirmək üçün qalaya hücum edir, onu müharisəyə alırlar. Dekabrın 31-i saat 12-yə qədər qaladakılara vaxt verirlər ki, təslim olmasanız, hamınızı qılıncdan keçirəcəyik.  Amma qalaya rəhbərlik edən Sadıq xan son damla qana qədər vuruşacaqlarına söz verir və bütün talışlarla birlikdə təslim olmayacaqlarını bildirirlər. Saat 12-də Qutlyavski qalaya hücum edir və qalib gəlir. Qaladakıların demək olar, hamısı öldürülür.  “12-dən sonra talışların başı işləmir” ifadəsi də “ölümü qəbul etdilər, amma sözlərindən dönmədilər” mənasında işlədilir. Mif də buradan yarandı”.

Videonu təqdim edirik:  


Seçilən
41
1
referans.az

2Mənbələr