II Liqada 15-ci tura yekun vurulub.
«Saatlı Araz» doğma rayonda «Ağdaş»ı qonaq edib.
300 azarkeşin canlı izlədiyi qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Şəhriyar Məmmədovun çalışdırdığı komanda oyunun əvvəlindən bəri xoşbəxtliyi rəqib qapısında axtarıb.
Əsasən standart epizodlardan sonra fərqlənməyə çalışan «Araz»da dəqiqlik çatışmayıb. Mıdafitədə sıx oynayan ağdaşlılar Saatlıya 1 xal arxasınca gəldiyini nümayiş etdirib.
Onlar yalnız 74 dəqiqə dözə bilib. Uhaqdan endirilən zərbəni tuta bilməyən Ümid Paşayev topu Ramin Süleymanovun önünə atıb.
Ötən mövsüm «Difai»nin formasını geyinmiş tovuzlu yarımmüdafiəçi isə bu fürsəti asanlıqla dəyərləndirib.
Hesabı bərabərləşdirməyə fiziki gücü çatmayan, mərkəzi keçməyə çətinlik çəkən «Ağdaş» son dəqiqələrdə qapısındadaha bir qol görüb.
Elnur Səmədov meydanın sol küncü isiqamətindən yerinə yetirdiyi cərimə zərbəsiylə fərqli artırıb. Baxımlı qol alınıb.
Saatlı təmsilçisi qələbə sayəsində turnir cədvəlində liderlər qrupuna bir qədər də yaxınlaşıb. 28 xala malik komanda ondan üst sıradakı «Haypers»lə dördüncü-beşinci pillələri bölüşdürür. “
Ağdaş” isə 10 xalla 12-ci yerdə qalmaqdadır.
SPORTİNFO.AZ
“Saatlı-Araz” – “Ağdaş” 2:0
Qollar: Ramin Süleymanov, 74; Elnur Səmədov, 88
Saatlı OİK stadionu. 300 tamaşaçı
Baş hakim: Rəsul Babayev
Baş hakimin köməkçiləri: Ruslan Babayev, Anar Bədəlov
Dördüncü hakim: Kamil Aydınov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Loğman Əliyev, 20 (qeyri-idman hərəkəti); Hacı Rüstəmov, 62 (hakimin qərarına etiraz); Eldəniz Hüseynov, 83 (qeyri-idman hərəkəti) // Rəvan Əliyev, 62 (qeyri-idman hərəkəti); Səbuhi Ağayev, 83 (qeyri-idman hərəkəti); Şamil Mustafayev, 87 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.
“Araz Saatlı”: 1. Maximilian Şilder 7. Elnur Səmədov 19. Rəsul İbrahimov (k) 10. Hacı Rüstəmov (20. Məhərrəm Əlizadə, 71) 15. Cavid Əliyev 8. Ramin Süleymanov 17. Elariz Xəlilli 66. Eldəniz Hüseynov (5. Valeh Əzizli, 90+2) 6. Həmzə Əliyev 44. Ramiz Qasımov 4. Loğman Əliyev
Ehtiyat oyunçular: 12. Teymur Hüseynov 22. Romal Şərifov 49. Ceyhun Həsənli 27. Şövqi Seyfullazadə 29. Qərib Rzayev 24. Nahid İsmayıllı 14. Sənan Nərimanlı
Baş məşqçi: Şəhriyar Məmmədov
“Ağdaş”: 1. Ümid Paşayev 3. Səbuhi Ağayev (k) (26. Taleh Yusifli, 85) 33. Elçin Süleymanov 4. Azad Əzimli 7. Taryel Zeynalov 20. Ülvi Sarıyev (14. Hüseyn Hüseynov, 85) 77. Fuad Hüseynov 27. Rəvan Əliyev (6. Elxan Məhərrəmov, 82) 21. Eşqin Vəliyev 18. Tamerlan Rizvanov (90. Araz Kərimxanov, 77) 10. Sahil Həsənov (13. Şamil Mustafayev, 77)
Ehtiyat oyunçular:
Məşqçi: Nadir Ebişov