AZ

Tovuzda yol qəzası olub, ölən var

Qazax, 9 mart, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Tovuz rayonunun Qovlar şəhərinin ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin sürücüsü, 2003-cü il təvəllüdlü rayonun Aşağı Quşçu kənd sakini İ.Rüstəmov idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna çırpılıb. Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
2
azertag.az

4Mənbələr