AZ

"Cimbom" rəqibin meydanından qalib çıxdı

Türkiyə Super Liqasında XXVII turunda "Alanyaspor" öz meydanında lider "Qalatasaray"ı qəbul edib. Metbuat.az xəbər verir ki, qarşılaşmada qalib qonaqlar olub. "Cimbom" geridönüş edərək rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.Oyundan sonra ara qarışıb. Qonaqların baş məşqçisi Okan Buruk, daha sonra isə futbolçuları matçın baş hakimi Yasin Kola etiraz edib. Nəticədə hakim İstanbul klubunun qapıçısı Günay Güvençe qırmızı vərəqə göstərib.

Seçilən
8
metbuat.az

1Mənbələr