Rumıniyanın seçki orqanı Kalin Georgeskunun yenidən prezident seçkilərində namizədliyini rədd edib...
Poliqon bu barədə Associated Press nəşrinə istinadən xəbər verir.
Qeyd edək ki, 62 yaşlı Georgesku cümə günü paytaxt Buxarestdə namizədliyini elan etmişdi. Bundan sonra Mərkəzi Seçki Bürosunun namizədliyini qeydə almaq və ya rədd etmək üçün 48 saat vaxtı var idi.
Onun namizədliyinin hansı əsasla rədd edildiyi hələlik məlum deyil. Qərarın tam mətninin daha sonra seçki orqanının saytında dərc ediləcəyi vəd edilib.
Qərardan 24 saat ərzində Konstitusiya Məhkəməsinə şikayət verilə bilər.
Poliqon.info