AZ

Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatına 4 medalla start veriblər

Bakı. Trend:

Azərbaycan sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranadakeçirilən U-23 Avropa çempionatına 2 gümüş və 2 bürünc medallastart veriblər.

Federasiyadan Trend-ə verilən məlumata görə, Rəhman İmanov (57 kq)təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjovatam üstünlüklə (11:0) qalib gəlib.

Həmyerlimiz axşam seansında ukraynalı Vladislav Abramovu daüstələyərək (8:6) bürünc medala sahib çıxıb.

Murad Haqverdiyev (65 kq) ukraynalı Mikita Qonçarovla gərginmübarizə şəraitində keçən təsəlliverici görüşdən qalib ayrılıb –5:4. Gəncə güləş məktəbinin yetirməsi həlledici qarşılaşmadamoldovalı Fyodor Keavdari üzərində isə 9:6 hesablı qələbəqazanaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Kənan Heybətov (70 kq) finalda rusiyalı Maqomed Eltemirovlaqarşılaşıb. Finala qədər bütün rəqiblərinə tam üstünlüklə qalibgələn Kənan son qarşılaşmada istənilən güləşi nümayiş etdirəbilməyib – 0:11. Beləliklə, Heybətov ardıcıl 2-ci dəfə analojiyarışı gümüş medalla başa vurub.

Fərid Cabbarov (79 kq) da finalda Rusiya təmsilçisiylə üz-üzəgəlib. 1:5 hesabıyla məğlub olan Fərid gümüş medallakifayətlənib.

Seçilən
22
11
az.trend.az

10Mənbələr