AZ

“İşə velosipedlə gedirəm" Mədəd Quliyev

News365.az xəbər verir ki, sabiq DTX naziri Mədəd Quliyev işə gedərkən velosiped və motosikldən istifadə etdiyini bildirib. O, vəzifədə olduğu dövrlərdə də bu nəqliyyat vasitələrinə üstünlük verdiyini qeyd edib.


"İşə gedəndə, ümumiyyətlə, harasa yollananda velosipeddən imkan daxilində çox istifadə edəcəyəm. Ədliyyə Nazirliyində müavin olanda, Dövlət Təhlükəsizliyi Xidmətində rəhbər işləyəndə, Müdafiə Sənayesi Nazirliyində çalışanda dəfələrlə, sayı-hesabı olmadan velosiped və ya motosikllə işə getmişəm. Son vaxtlar motosikldən də istifadə etmişəm” – deyə Mədəd Quliyev bildirib.


O, hazırda Prezident Administrasiyasında bu vərdişini tətbiq etmədiyini, lakin velosipedlə işə getməyə hazırlaşdığını vurğulayıb: "Hələ ki, Prezident Administrasiyasına nə velosipedlə, nə də motosikllə gəlməmişəm, amma fikirləşirəm. Hazırlaşıram ki, işə velosipedlə gedim.”


Sabiq nazir rəhbər vəzifələrdə çalışdığı zaman otaq şəraitinin uyğun olduğunu və buna görə rahat şəkildə velosiped sürə bildiyini bildirib. Bununla yanaşı, müəyyən çətinliklərin olduğunu da qeyd edib: "Mən həmişə peşəkar geyimdə velosiped sürürəm. Amma burada bir az palçıqda velosiped sürmək çətindir, külək də təsir edir.”


Seçilən
20
news365.az

1Mənbələr