AZ

BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

Hazırda respublika ərazisinin bir sıra yollarında müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

APA xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsi dumanlı havanın digər hərəkət iştirakçılarının və nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmağı, sürət həddini hava şəraitinə uyğun seçməyi, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirməyi, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edib.

Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmaları xahiş olunur.

Seçilən
15
21
apa.az

10Mənbələr