AZ

Ukrayna IRIS-T hava hücumundan müdafiə sisteminin istehsalçısı ilə memorandum imzalayıb

Ukraynanın müdafiə naziri Rustem Umerov Almaniyanın İris-T hava hücumundan müdafiə sistemləri istehsal edən Diehl Defence şirkəti ilə anlaşma memorandumu imzalayıb...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.

“İmzalanmış sənəd hava hücumundan müdafiə imkanlarını gücləndirəcək böyük sənaye layihələrinə yol açır”, deyə məlumatda bildirilir.

Nazirlik qeyd edib ki, memorandum raketlərin və hava hücumundan müdafiə sistemlərinin tədarükünün 3 dəfə artırılmasını nəzərdə tutur. Eyni zamanda, hüquqi qüvvəyə malik müqavilənin imzalanma vaxtı, çatdırılma cədvəli və onların dəyəri göstərilmir.

Qeyd edək ki, Almaniya hazırda 2022-ci ildən Ukraynaya silah tədarükünə görə ABŞ-dan sonra ikinci yerdədir. Təhvil verilən silahlar arasında İris-T hava hücumundan müdafiə sistemləri, Leopard 1 və Leopard 2 tankları, MARS II reaktiv yaylım atəş sistemləri, Zetros tankerləri, Biber tank körpüsü quran maşınlar, Patriot zenit-raket sistemləri, Wisent 1 mina təmizləmə maşınları və Vektor kəşfiyyat aparatları var.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr