AZ

Şahbuz rayonunda GÜCLÜ YANĞIN

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda güclü yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikasının FHN-in "112" qaynar telefon xəttinə Şahbuz rayon Badamlı kəndində vətəndaşa məxsus yardımçı tikilidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəninin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın hadisəsi nəticəsində 1 650 kq ot tayası, tayanın üzərinə qurulan çardağın 60 m² hissəsi yanıb, 600 kq ot bağlaması, çardağın 20 m² hissəsi və 80 m² sahəsi olan yardımçı tikili yanğından mühafizə olunub.
Həmin görüntüləri təqdim edirik:
Seçilən
40
1
oxu.az

10Mənbələr