İngiltərə Premyer Liqasında 28-ci turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, bu gün daha 3 oyun keçirilib.
“Çelsi” evdə “Lester"ə qalib gəlib. “Tottenhem” – “Bornmut” matçında qalib müəyyənləşməyib. “Mançester Yunayted” – “Arsenal” oyunu da bərabərliklə yekunlaşıb.
İngiltərə Premyer Liqası,
28-ci tur
9 mart
"Çelsi" – "Lester" - 1:0
Qol: Kukurelya, 60.
"Tottenhem" – "Bornmut" - 2:2
Qollar: Sarr, 67. Son, 84-pen – Tavernye, 42. Evanilson, 65.
"Mançester Yunayted" – "Arsenal" - 1:1
Qollar: B.Fernandes, 45+2 – Rays, 74.
Turnir cədvəlinə 70 xalla "Liverpul"ç başçılıq edir. "Arsenal" 55 xalla 2-ci, "Nottingem" 52 xalla 3-cü, "Çelsi" 49 xalla 4-cü, "Mançester Siti" 47 xalla 5-cidir.