AZ

Premyer Liqa: “Sumqayıt” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 26-cı turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu Sumqayıtda keçiriləcək. Burada “Sumqayıt” “Kəpəz”i qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.

Ardıcıl dörd oyundur uduzan, uzun müddətdir qola və qələbəyə həsrət qalmış “Sumqayıt” uğursuz gedişata bu oyunda son qoymağa çalışacaq. Ötən tur “Neftçi”yə qalib gəlməklə “Sumqayıt”la xallarını (22) bərabərləşdirmiş “Kəpəz” də 6 xallıq oyundan uğurlu nəticə ilə ayrılmaq niyyətindədir.

Bu, “Sumqayıt”la “Kəpəz”in milli çempionatdakı 31-ci qarşılaşması olacaq. Əvvəlki 30 oyunda sumqayıtlılar 12, gəncəlilər 7 qələbə qazanıblar, 11 görüş sülhlə bitib. “Sumqayıt” son 4 ev oyununda bu rəqibinə qol vurub. “Kəpəz” son 3 matçda qalib gəlməyib.

Turun qapanış matçında isə “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. Ötən tur xalsız qalmış komandaların duelini Rəvan Həmzəzadə idarə edəcək. Tovuz klubu hazırda 42 xalla 4-cü, paytaxt təmsilçisi isə 27 xalla 6-cı sırada qərarlaşıb.

Sözügedən komandalar 11-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki 10 oyunda “Neftçi” 5, “Turan Tovuz” 1 qələbə qazanıb, 4 oyun bərabərliklə yekunlaşıb. “Neftçi” son 6 oyunda bu rəqibinə məğlub olmayıb. “Turan Tovuz” son iki səfər matçında qol vurmayıb.

Premyer Liqa
26-cı tur

8 mart

“Araz-Naxçıvan” – “Qarabağ” 1:3
Qollar: Felipe Santos, 35 – Nəriman Axundzadə, 44. Leandro Andrade, 77. Emmanuel Addai, 90+6.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mərdəkan. “Dalğa Arena”, 19:00.

9 mart

“Şamaxı” – “Sabah” 1:0
Qol: Edqar Adilxanov, 30.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 15:00.

“Zirə” – “Səbail” 1:0
Qol: Ruan Renato, 90+6.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zirə İdman Kompleksinin stadionu, 17:30.

10 mart

“Sumqayıt” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.

“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Neftçi Arena”, 19:30

Seçilən
19
2
arena.az

3Mənbələr