Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin(FHN) “112” qaynar telefon xəttinə Şahbuz rayon Badamlı kəndindəvətəndaşa məxsus yardımçı tikilidə yanğın hadisəsinin baş verməsibarədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğındanmühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcilivə təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinəimkan verilmədən söndürülüb.
Yanğın hadisəsi nəticəsində 1650 kiloqram ot tayası, tayanınüzərinə qurulan çardağın 60 kvadratmetr hissəsi yanıb, 600 kiloqramot bağlaması, çardağın 20 kvadratmetr hissəsi və 80 kvadratmetrsahəsi olan yardımçı tikili yanğından mühafizə olunub.