Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Atletik” – “Malyorka” matçında qalib müəyyənləşməyib. “Betis” doğma meydanda “Las Palmas”ı tək qolla yenibsə, “Sevilya” oxşar hesabla səfərdə “Real Sosyedad”a qalib gəlib.
Səfərdə “Xetafe” ilə qarşılaşan “Atletiko” hesabı açdığı oyundan məğlubiyyətlə ayrılıb. Madridin digər təmsilçisi “Real” isə “Rayo Valyekano” ilə ev oyununda çətin qələbəyə sevinib.
27-ci tura martın 10-da keçiriləcək “Espanyol” – “Jirona” matçı ilə yekun vurulacaq.
İspaniya, La Liqa
27-ci tur
8 mart
Selta – Leqanes 2:1
Qollar: Minqesa, 26. A.Qonsales, 45+1 – Rozye, 19.
Alaves – Vilyarreal 1:0
Qol: M.Sançes, 11.
Valensiya – Valyadolid 2:1
Qollar: D.Lopes, 7. U.Sadiq, 58 – Latasa, 40.
Barselona – Osasuna matçı təxirə salınıb
9 mart
Xetafe – Atletiko 2:1
Qollar: Arambarri, 88; 90+2 – Sörlot, 75-pen.
Real – Rayo Valyekano 2:1
Qollar: Mbappe, 30. Vinisius, 34 – P.Dias, 45+2.
Atletik – Malyorka 1:1
Qollar: N.Uilyams, 58 – Railyo, 56.
Betis – Las Palmas 1:0
Qol: Lyorente, 65.
Real Sosyedad – Sevilya 0:1
Qol: Eyuke, 47.
10 mart
00:00. Espanyol – Jirona