Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini dayandırıb.
Sportinfo.az xəbər verir ki, qurum bu addımı öz ərizəsi əsasında atıb və ləğv olunub.
Naxçıvanda federasiyanın bölməsinin yaradılacağı gözlənilir.
Qurum 2002-ci ildə yaradılmışdı və sədri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev idi.