"Real Madrid" heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "kral klubu" "Liverpul"dan Trent Aleksander-Arnoldu transfer etməyi planlaşdırır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Real" 26 yaşlı oyunçunun keçidini Klublararası Dünya Çempionatı başlamadan öncə həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, Arnold 2024/25 mövsümündə "Liverpul"un forması ilə 38 oyuna çıxıb və 3 qola, 7 məhsuldar ötürməyə imza atıb.