Böyük Britaniya Ukrayna ilə kəşfiyyat məlumatlarını mübadilə etmək üçün "Beş göz" alyansı daxilində alt qrup yaratmağı təklif edib.
Bu barədə "Daily Mail" qəzeti xəbər yayıb.
Söhbət sözügedən alyansın daxilində yeni "Dörd göz"ün yaradılmasından gedir.
ABŞ Kiyevə kəşfiyyat məlumatlarını ötürməyi dayandırmaq qərarına gəldikdən sonra belə bir təklif irəli sürülüb.
Qeyd edək ki, "Beş göz" ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın daxil olduğu kəşfiyyat xidmətləri alyansıdır.