Xəbər verdiyimiz kimi, ötən gün “Araz-Naxçıvan” - “Qarabağ” matçında (1:3) gərgin anlar yaşanıb.
“Qafqazinfo” bildirir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məsələ ilə bağlı açıqlama verib.
Baş məşqçinin sözlərinə görə, digər komandanın üzvləri onlara oyun başlayandan aqressiv münasibət göstəriblər: “Oyun başlayandan oyunçularımıza qarşı aqressiv idilər. O aqresiya sonda belə bir hadisəyə çevrildi. Futbolda yaşanan hallardır”.