2020-2024-cü illər ərzində Avropanın hərbi idxalı 2015-2019-cu illərlə müqayisədə 155% artıb.
APA xəbər verir ki, bu məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2020-2024-cü illərdə qlobal silah ticarətinin vəziyyəti haqqında dərc etdiyi hesabatda əksini tapıb.
SIPRI bildirir ki, ABŞ-nin qlobal satışdakı payı 43%-ə yüksəlib, Rusiyanın ixracı isə 64% azalıb. Hərbi satışın ümumi həcmi isə 2015-2019 və 2010-2014-cü illərdə olduğu kimi eyni olaraq qalsa da 2005-2009-cu illərlə müqayisədə 18% yüksək olub.
Bundan başqa 2020-2024-cü illər üzrə dünyanın ilk on silah ixracatçısının siyahısı 2015-2019-cu illərdə olduğu kimi qalıb.
Bu siyahıda ilk beş pillədə ABŞ, Fransa, Rusiya, Çin və Almaniya qərarlaşıb. Siyahıda qlobal payı 7,8% olan Rusiya Fransadan (9,6%) sonra olmaqla üçüncü yerə yüksəlib. İtaliya isə 4,8%-lə onuncu yerdən altıncı yerə yüksəlib.
Çin 2020-2024-cü illərdə ən böyük silah ixracatçıları arasında 5,9%-lə dördüncü yerdədir.