ABŞ prezidenti Donald Tramp Konqresin həftənin sonuna qədər hökumətin qismən bağlanmasına səbəb olacaq müvəqqəti maliyyələşdirmə qanun layihəsini razılaşdıra bilməyəcəyi ehtimalını istisna etməyib.
“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərlə söhbəti zamanı deyib.
“Bu baş verə bilər. Demokratlar bunu istəyir. Onlar ölkəni məhv etmək istəyirlər”, - deyə siyasətçi vurğulayıb.
Eyni zamanda, Amerika lideri hökumətin fəaliyyətini dayandırılmasının (şatdaun) qarşısını ala biləcəyinə ümid etdiyini bildirib:
“Düşünürəm ki, qanun layihəsi keçəcək. Biz görəcəyik. Amma şatdaun mümkündür, Demokratlar nəzarətdən çıxıb”.