AZ

Avropa Trampın vecinə deyil - Zeman

Avropa ABŞ Prezidenti Donald Trampın vecinə deyil, lakin o, Ukraynada sülh danışıqlarını apara bilən yeganə siyasətçidir. SİA xəbər verir ki, bunu Çexiyanın eks-prezidenti Miloş Zeman deyib. "Avropa Trampın vecinə deyil, onun üçün yalnız ABŞ önəmlidir, lakin o, Ukraynada sülhə nail ola bilən yeganə şəxsdir. Tramp praqmatikdir. Onun marağı amerikalı mədənçilərə Ukraynada faydalı qazıntıların çıxarılmasına nail olmaqdır. Hamısı budur", - o bildirib. Eks-prezident hesab edir ki, Avropada güclü lider yoxdur: "Macarıstanın Baş naziri Viktor Orban lider ola bilərdi, amma kiçik bir ölkənin nümayəndəsi kimi, onun birliyə liderlik etmək şansı yoxdur".

Seçilən
11
3
sia.az

4Mənbələr