Dövlət Departamenti HƏMAS tərəfdarlarının sonradan deportasiya edilməsi məqsədi ilə giriş vizalarını və yaşıl kartlarını ləğv edəcək. AFN.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio X hesabında bildirib."Biz Amerikadakı HƏMAS tərəfdarlarının vizalarını və/yaxud yaşıl kartlarını ləğv edəcəyik ki, onlar deportasiya olunsunlar", - Amerika diplomatiyasının rəhbəri vurğulayıb.O, bu barədə ABŞ-ın immiqrasiya orqanlarının Nyu-Yorkdakı Kolumbiya Universitetində ötən ilin yazında İsrailə qarşı etirazlarda mühüm rol oynamış fələstinli Mahmud Xəlili həbs etməsi ilə bağlı məlumatı şərh edərkən bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta