AZ

Mark Karni Kanadanın növbəti baş naziri olacaq

Mark Karni Kanadanın növbəti baş naziri olacaq

Mark Karni Kanadanın hakim Liberal Partiyasının yeni lideri seçilib və ölkənin növbəti baş naziri olacaq. O öz partiya yoldaşlarının 85,9 faizinin səsini toplayaraq partiyadaxili seçkilərdə qələbə çalıb.AFN.az yerli mediaya istinadən xəbər verir ki, partiyanın qurultayında açıqlanan məlumatlara görə, keçmiş maliyyə naziri və baş nazirin keçmiş müavini Kristia Friland 8 faiz, Kanada hökumətinin İcmalar Palatasında (parlamentin aşağı palatası) lideri Karina Quld və liberal deputat Frank Baylis isə təxminən 3 faiz səs toplayıb. Karni yalnız hazırkı baş nazir Castin Trüdo general-qubernator Meri Saymona istefa ərizəsi təqdim etdikdən sonra baş nazir postunu tutacaq. Bunun yaxın günlərdə baş verəcəyi gözlənilir. Bundan sonra Saymon Karniyə hökumət qurmağı və and içməyi təklif edəcək.

Seçilən
4
1
afn.az

10Mənbələr