AZ

Argentinada daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb

Argentinada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Buenos-Ayres əyalət polisi daşqınlardan zərər çəkmiş liman şəhəri Bahia Blancada ölənlərin sayının artdığını bildirib.

"Operativ Media" xəbər verir ki, açıqlamada daşqınlarda həyatını itirənlərin sayının 16-ya yüksəldiyi, axtarış-xilasetmə işlərinin aramsız olaraq davam etdiyi bildirilib.

Evlərin və iş yerlərinin su altında qaldığı Bahia Blancada elektrik enerjisinin hələ də kəsildiyinin və suların çəkilməsinin gözləndiyi bildirilib.

Seçilən
18
operativmedia.az

1Mənbələr