ABŞ prezidenti Donald Tramp martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlardan sonra yaxşı nəticələr əldə olunacağına inanır.
APA xəbər verib ki, bu haqda o Ağ Evin mətbuat xidmətinin əməkdaşlarına açıqlaması zamanı danışıb.
"Düşünürəm ki, bu həftə Səudiyyə Ərəbistanında keçiriləcək görüşdən kifayət qədər yaxşı nəticələr görəcəksiniz", o bildirib.
Tramp həmçinin əlavə edib ki, o, Ukrayna münaqişəsinin həllində böyük irəliləyiş gözləyir.