AZ

Novruz bayramı ərəfəsində çərəzlərin qiyməti - VİDEO

Bazarlarda yerli məhsullardan çox xaricdən gətirilənlər boldur, qiyməti də yerli məhsulla müqayisədə daha ucuzdur. Pravda.az Xəzər TV-yə istinadən bildirir ki, yerli şabalıdın kiloqramı 15-17 manat, ölkəyə Çindən gətirilən şabalıdın qiyməti isə 8-9 manat arasında dəyişir. Özbəkistandan gətirilən qabıqlı qozun kiloqramı 7 manat, fındığın qiyməti isə 6 manat, yerli məhsullardan qabıqlı qoz 10-12 manat, fındıq 9-10 manatdan təklif olunur. Badam 4.80, yapan qozu isə 9-manatdan təklif edilir.

 

Ən bahalı çərəz isə püstədir. Püstənin qiyməti 27-35 manatdır.

 

Satıcılar yerli məhsullların qıt olduğunu əsas gətirərək qiymətin baha olduğunu deyir:

 

Onlar deyir ki, ləpənin qiyməti baha olsa da hazırda ona tələbat da çoxdur:

 

İqtisadçılar isə hesab edir ki, 2024-cü ildə də məhsuldarlıq aşağı düşüb və hava şəraiti ilə bağlı bəzi məhsulları dolu vurub. Məhsulun qıtlaşması qiymətinə də öz təsirini göstərib.

 

Tarix: 10 Mart 2025, 07:10   
Seçilən
13
7
pravda.az

9Mənbələr