AZ

Pakistan və Əfqanıstan sərhəddə müvəqqəti atəşkəs barədə razılığa gəliblər

Pakistan və Əfqanıstan sərhəd qüvvələrinin iki ölkə arasındakı Torkham sərhəd-keçid məntəqəsində müvəqqəti atəşkəs barədə razılığa gəldiyi bildirilib.

Adının açıqlanmasını istəməyən pakistanlı rəsmi yeni keçid məntəqəsinin tikintisi ilə bağlı fikir ayrılıqları səbəbindən fevralın 21-dən bağlanan Torkham sərhəd qapısında davam edən qarşıdurmalarla bağlı açıqlama verib.

"Operativ Media" xəbər verir ki, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə mübahisənin müzakirə edildiyini qeyd edən rəsmi martın 12-nə təyin olunmuş növbəti görüşə qədər sərhəd qapısında müvəqqəti atəşkəs rejiminin yaradılması ilə bağlı razılıq əldə olunduğunu bildirib.

Rəsmi həmçinin bildirib ki, sərhədin hər iki tərəfində tikintinin dayandırılması ilə bağlı razılıq əldə olunub.

Pakistan və Əfqanıstan arasındakı Torkham sərhəd keçid məntəqəsi fevralın 21-də yeni keçid məntəqəsinin tikintisi ilə bağlı fikir ayrılığına görə bağlanıb.

Nəticədə minlərlə yük maşını sürücüsü sərhədin hər iki tərəfində qapalı qalıb.

Bağlanan sərhəd qapısı iki ölkə arasında ticarət dövriyyəsində gündəlik təxminən 3 milyon dollar itkiyə səbəb olduğu qeyd edilib.

Seçilən
26
operativmedia.az

1Mənbələr