AZ

İranda Kəşfiyyat İdarəsinin rəis müavini qətlə yetirildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İranda Kəşfiyyat İdarəsinin rəis müavini qətlə yetirilib.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, İranın Suran şəhərində ETTELAAT (Təhlükəsizlik Kəşfiyyat) İdarəsinin rəis müavini naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.
Qeyd olunur ki, qətlə görə məsuliyyəti İran hökumətinə müxalif olan "Ceyşül-Ədl" silahlı qruplaşması üzərinə götürüb.
Hadisənin təfərrüatları barədə hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, son dövrlərdə İranın Sistan-Bəlucistan vilayətində hökumət rəsmilərinə qarşı hücumların sayı artıb.
Seçilən
11
oxu.az

1Mənbələr