AZ

Səudiyyə Ərəbistanında ABŞ-la görüşdə Ukrayna nümayəndə heyətinin tərkibi açıqlanıb

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, o və komandası gələn həftə Səudiyyə Ərəbistanına səfər edəcək.

Zelenski bildirib ki, Ukrayna nümayəndə heyətinə prezident aparatının rəhbəri Andrey Yermak, onun müavini Pavlo Palisa, Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbiha və müdafiə naziri Rustem Umerov daxildir. Ukrayna lideri bildirib ki, çərşənbə axşamı diplomatik və hərbi nümayəndələr Amerika komandası ilə görüşəcək.

Kiyev və Vaşinqton arasında münaqişənin həlli üzrə danışıqlar çərşənbə günü, martın 12-də Səudiyyə Ərəbistanının paytaxtında keçiriləcək. Danışıqlarda ABŞ-ı dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Amerika liderinin xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edəcək.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
5
oxumeni.az

1Mənbələr