AZ

"Neftçi" "Turan Tovuz"la üz-üzə

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

"Neftçi" öz meydanında "Turan Tovuz"la qarşılaşacaq. Uğursuz mövsüm keçirən "Neftçi" hazırda 22 xalla 8-ci, "Turan Tovuz" isə 42 xalla 4-cü pillədə yer alıb.

Bu komandalar arasında ilk dövrədə keçirilən görüşdə qol vurulmayıb. İkinci dövrənin oyununda da bərabərlik qeydə alınıb - 1:1.

Bu gün "Sumqayıt" - "Kəpəz" matçı da keçiriləcək.

10 mart

19:30. “Neftçi” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.

VAR: Rauf Cabarov.

AVAR: Akif Əmirəli.

"Neftçi Arena"

17:00. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Teymur Teymurov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

8 mart

“Araz-Naxçıvan” - “Qarabağ” - 1:3 

9 mart

"Şamaxı" - "Sabah" - 1:0

"Zirə" - "Səbail" - 1:0

 

Bombardirlər:

Leandro Anderade ("Qarabağ") - 11 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Cesse Sekidika ("Sabah") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Davit Volkov ("Zirə") - 8 qol

Salifu Suma ("Zirə") - 8 qol

Pavol Şafranko ("Sabah") - 7 qol

Seçilən
46
8
teleqraf.com

10Mənbələr