AZ

Moskva vilayətində güclü partlayış - 4 nəfər ölüb

Moskva vilayətində kənd təsərrüfatı kompleksində güclü partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə shot teleqram kanalı məlumat yayıb. Bildirilir ki, daha sonra güclü yanğın başlayıb. İlkin hesablamalara görə, dörd nəfər ölüb.

Şahidlərin verdiyi məlumata görə, Vısokovo kəndi ərazisində güclü partlayış səsi eşidiblər. Bundan sonra istixana kompleksində “20-30 metr hündürlükdə” güclü yanğın başlayıb. Yerli sakinlərin sözlərinə görə, kənd təsərrüfatı kompleksində qaz partlayışı baş verib. Alovdan gələn parıltı bir neçə kilometr məsafədən görünə bilərdi. Dağıntılar təmizlənərkən 4 nəfərin meyiti aşkarlanıb.

Moskva vilayətinin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın artıq 1050 kvadratmetr sahədə lokallaşdırılıb. Hadisə yerində təcili xidmətlər işləyir.

Seçilən
23
ucnoqta.az

1Mənbələr