AZ

Dənizkənarı Bulvar İdarəsinin kotirovka sorğusu tələblərə uyğun olmadığına görə ləğv edildi

“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsin rabitə avadanlıqlarının təmiri və onların ehtiyat hissələrinin alınması ilə bağlı elan etdiyi kotirovka sorğusu ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti qəbul edib.

 

Bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil.

 

Kotirovka sorğusunun ümumi dəyəri 25 184 AZN olub.

 

Cabir

Tarix: 10 Mart 2025, 08:20   
Seçilən
4
pravda.az

1Mənbələr