AZ

Lüksemburqun 22 yaşlı şahzadəsi vəfat edib

Lüksemburq şahzadəsi Frederik maddələr mübadiləsinə təsir edən nadir genetik xəstəlik olan mitoxondrial xəstəliklə uzun sürən mübarizədən sonra martın 1-də 22 yaşında vəfat edib.

Oxu.Az TMZ-yə istinadən xəbər verir ki, bu barədə onun valideynləri, şahzadə Robert və Culiya rəsmi açıqlamada bildirib.

Qeyd olunur ki, gənc şahzadə fevralın 28-də yaxınları ilə vidalaşdıqdan sonra şənbə günü vəfat edib. Valideynlərinin dediyinə görə, hətta fiziki vəziyyətinin kəskin şəkildə pisləşdiyi son günlərində də Frederik ruh yüksəkliyini qoruyub saxlayıb.

Frederikə 14 yaşında mitoxondrial xəstəlik diaqnozu qoyulub. Onun Aleksandr adlı qardaşı və Şarlotta adlı bacısı var.

Mənbə: oxu.az

Seçilən
73
2
oxu.az

10Mənbələr