Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.
Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Sumqayıt” “Kəpəz”i qəbul edəcək. Digər görüş “Neftçi” ilə “Turan Tovuz” arasında olacaq.
Azərbaycan Premyer Liqası
XXVI tur
10 mart
17:00 Sumqayıt – Kəpəz
Baş hakim: İnqilab Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:30 Neftçi – Turan Tovuz
Baş hakim: Rəvan Həmzəzadə
“Neftçi Arena”