Tovuz rayonunda baş vermiş qəzanın təfərrüatı məlum olub.
Editor.az Teleqraf-a istinadən məlumat verir ki, ölən şəxsin bir ay sonra toy məclisi olacaqmış.
Qeyd edək ki, qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, Tovuz Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmov dünyasını dəyişib
Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna çırpılıb.
Qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, Tovuz Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İ. Rüstəmov dünyasını dəyişib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.