AZ

ABŞ “HƏMAS” tərəfdarlarının vizalarını və “yaşıl kart”larını ləğv edəcək

ABŞ Dövlət Departamenti Fələstinin “HƏMAS” hərəkatının tərəfdarlarının giriş vizalarını və “yaşıl kart”larını ləğv edəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio “X” hesabında yazıb.

Onun sözlərinə görə, vizaları ləğv edilən şəxslər ölkədən deportasiya ediləcək.

Qeyd edək ki, martın 7-də “CBS News” telekanalı Amerika gömrük rəsmilərinə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar uşaqlı miqrantların saxlanması praktikasını bərpa etməyi planlaşdırır.

İdarənin hesabatında bildirilib ki, bir gün əvvəl üç uşaqlı ilk ailə əcnəbilərin saxlanması üçün xüsusi mərkəzə çatdırılıb. Onların barəsində deportasiya qərarların qüvvədə olduğu qeyd edilib.

Seçilən
31
2
azpolitika.info

3Mənbələr