AZ

Mark Karni Kanadanın yeni baş naziri olacaq

Kanadada Mark Karni hakim Liberal Partiyasının yeni lideri seçilib. Partiya üzvlərinin 85,9 faizi onun namizədliyini dəstəkləyib.

Bu barədə "TASS" məlumat yayıb.

Məlumata görə, inamlı qələbə qazanan Karni hökumətə də rəhbərlik edəcək. Ümumilikdə, səsvermədə hakim partiyanın 400 minə yaxın üzvü iştirak edib.

Partiya liderliyi uğrunda mübarizə aparan digər namizədlər – keçmiş maliyyə naziri və baş nazirin keçmiş müavini Xristiya Friland 8%, Kanada hökumətinin İcmalar Palatasında (parlamentin aşağı palatası) lideri Karina Quld isə 3% səs toplayıb.

Karni yalnız hazırkı baş nazir Castin Trüdo general-qubernator Meri Saymona istefa ərizəsini təqdim etdikdən sonra baş nazir postunu tutacaq.

Seçilən
62
5
far.az

10Mənbələr