AZ

İmsakdan sonra yatmayanları gözləyən təhlükə! Nevroloqlardan mühüm xəbərdarlıq

İmsakdan sonra yatmayanları ciddi problemlər gözləyə bilər. 

E-saglam.az xəbər verir ki, nevroloqlar xəbərdarlıq edir ki, Ramazan ayında yuxu rejiminin pozulması həm fiziki, həm də ruhi sağlamlığa mənfi təsir göstərə bilər. Sahurdan sonra ən azı 2 saat yatmaq və ümumilikdə 6 saatlıq yuxunu tamamlamaq vacibdir.

İmsakdan sonra yuxusuzluğa əsasən ağır və yağlı qidaların qəbulu, kofeinli içkilərin istehlakı və qeyri-müntəzəm yuxu rejimi səbəb ola bilər. Həzm çətinliyi və mədə problemləri yuxuya getməyi çətinləşdirir, çay və qəhvə isə əsəbilik və narahatlığa səbəb olur.

Bu problemləri azaltmaq üçün imsakda yüngül, balanslı qidalar seçilməli, kofeinli içkilərdən uzaq durulmalı və yuxu rejimi qorunmalıdır. Gün ərzində yüngül idman və iftardan sonra gəzinti yuxu keyfiyyətini artırır. Yataq otağının sakit və qaranlıq olması, yatmazdan əvvəl ekranlardan uzaq qalmaq da vacibdir.

Ramazan ayında düzgün yuxu rejiminə riayət etmək həm orucu daha rahat keçirməyə, həm də ümumi sağlamlığı qorumağa kömək edir.

Tərcümə: Könül Oruc



Seçilən
5
1
azia.az

2Mənbələr