AZ

Məşhur yuyucu toz testi keçmədi, cərimələndi

Məşhur yuyucu vasitə “Ariel” brendinin reklamı ilə bağlı Ticarət Nazirliyinə edilən şikayət bir həqiqəti üzə çıxarıb.

Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, markanın reklamında 1 yumada təmizləndiyini iddia etdiyi ləkə nazirliyin keçirdiyi sınaqda 8 yumada silinib.

Rəqib məhsullardan daha az yuyucu vasitə ilə daha yaxşı təmizlik təmin etdiyini iddia edən şirkət, aldadıcı reklamlara görə 2,2 milyon lirə cərimə edilib.

Bununla belə, bu iddialar üçün təqdim edilən IPSOS hesabatının etibarlı olmadığı və müqayisəli testlərin düzgün şəraitdə aparılmadığı müəyyən edilmişdir. İdarə heyətinin məktubunda Arielin reklamda iddia edilən “az miqyaslı istifadə” və “büdcə qənaəti” kimi üstün performansını sübut edə bilmədiyi bildirilir.

 

Seçilən
30
tribunainfo.az

1Mənbələr