AZ

Tələbə təqaüdləri də artırılır? - AÇIQLAMA

Tələbə təqaüdlərinin də artırılacağı gözlənilir. Ölkədə pensiyaların artırılmasından sonra bir sıra təqaüdlərin və müavinətlərin də artırılması gözlənilir.

Valyuta.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, dövlət başçısının ötən ilin dekabrında imzaladığı sərəncama əsasən, müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti 3 ay müddətində bu istiqamətdə təkliflərini və maliyyə qiymətləndirməsini dövlət başçısına təqdim etməli idi.

Bu o deməkdir ki, martın 2-ci yarısında Nazirlər Kabineti tərəfindən bütövlükdə müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin ölkə rəhbərinə təqdim ediləcəyi gözlənilir.

Seçilən
33
5
valyuta.az

7Mənbələr