AZ

Ruslar zəif yerimizi tapdı – Ukraynadan Kursk etirafı

Kursk vilayətində ruslar Ukrayna hərbçilərini mühasirəyə almağa və müdafiəsini yarmağa çalışırlar.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Maqura” 47-ci mexanikləşdirilmiş briqadasının baş serjantı Oleq Çaus deyib.

Hərbçi qeyd edib ki, işğalçılar say baxımından üstünlüyə malikdir və pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə edirlər:

"FPV dronları faktiki olaraq Suca istiqamətində keçidi idarə edir, bu da Ukrayna hərbçilərinin hərəkətini xeyli çətinləşdirir".

Çaus bildirib ki, ruslar Ukrayna hərbçilərini mühasirəyə almağa çalışır və həmçinin müdafiədə zəif nöqtə tapırlar:

"Ruslar vəziyyəti öyrənmək üçün Ukrayna mövqelərinə 4-5 nəfər göndərirlər. Hazırda Ukrayna mövqelərinə ərzaq, su və sursatların çatdırılması çox çətindir".

Seçilən
23
axar.az

1Mənbələr