AZ

Məhkəmə Bakıda qız qaçırdan əmioğlularla bağlı qərar verdi

Ali Məhkəmədə adam oğurluğunda ittiham olunan Elturan Daşdəmirov və onun əmisi oğlu Tərlan Daşdəmirovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.  

 

Qeyd: Hadisə 2020-ci ilin mart ayında Sabunçu rayonunda baş verib. Elturan Daşdəmirov və onun əmisi oğlu Tərlan Daşdəmirov birlikdə qız qaçırıblar. Elturan Daşdəmirov qaçırılan Q.M (ad və soy ad şərtidir) ilə evlənmək niyyətinin olduğunu bildirib. Zərərçəkmişin isə bu evlilikdə istəyi olmayıb.

 

Hər iki şəxs saxlanılaraq məsuliyyətə cəlb olunub. Onlar barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elturan Daşdəmirova 9, Tərlan Daşdəmirova isə 8 il müddətinə azadlıqdan məhrum olunub.

 

Kamal Məmmədov

Tarix: 10 Mart 2025, 08:58   
Seçilən
27
pravda.az

1Mənbələr